Ləğv Etmədən Sığortalanma Standart planı (franşiza - 100 ABŞ dolları)
Bir şəxs və hadisə üzrə sığortalanan maksimum məbləğ: 1000 ABŞ dolları (hər hadisə üzrə 100 ABŞ dolları bu məbləğdən tutulur)
Aviareyslərinizin
bronlaşdırılması qaydasını bacardığımız qədər sadə etməyə çalışırıq. Bizim Ləğv
Etmədən Sığortalanma planı aşağıdakı səbəblərdən səyahət edə
bilməyəcəyiniz hallarda sizi sığortalayır:
"Sky-tours" Ləğv Etmədən Sığortalanma Standart planı Travelwaiver.com saytı tərəfindən təqdim olunan xidmətdir. Bu xidmət bütün dünyada etibarlıdır. Yuxarıda qeyd olunan hər hansı səbəblərə görə səyahətinizi ləğv etməli olduğunuz təqdirdə, ilk aviyareysinizin yola düşməsindən minimum 24 saat əvvəl lazımi sənədlər yığılmaqla ləğvetmə müraciətini göndərdikdən sonra, maksimum 1000 ABŞ dollarına qədər ümumi məbləğdə aviabilet xərciniz, əlbəttə ki ləğv etmədən sığortalanma haqqı da daxil olmaqla, 100 ABŞ dolları çıxıldıqdan sonra sizə geri ödəniləcək (Sky-tours şirkətinə ödənilən Ləğv Etmədən Sığortalanma Standart planı üçün məbləğ və aviabilet haqqı geri ödənilmir, geri ödəniş baza tarifi əsasında hesablanır).
Ləğv Etmədən Sığortalanma "Gold" planı ( franşiza - 100 ABŞ dolları )
Bir şəxs və hadisə üzrə sığortalanan maksimum məbləğ: 1000 ABŞ dolları (hər hadisə üzrə 100 ABŞ dolları bu məbləğdən tutulur)
Siz, ilk səyahət tarixinizdən 24 saat
əvvələ qədər, tamamilə HEÇ bir sual verilmədən, HƏR hansı səbəbdən,
sifarişinizin bütün və ya hər hansı hissəsini ləğv etməyə sizə icazə verən "Heç
Bir Sualsız Ləğv Etmədən Sığortalanma" vasitəsilə səyahət sifarişinizi ləğv
etmədən sığortalaya bilərsiz (Sky-tours şirkətinə ödənilən "Heç Bir Sualsız Ləğv
Etmədən Sığortalanma" məbləği və rəsmiləşdirmə haqqı geri ödənilmir, geri
ödəniş baza tarifi əsasında hesablanır).
Vacib Bildiriş!
Bu Xidmətdən sui-istifadə olunmasına yol verməmək üçün, "Heç Bir Sualsız Ləğv Etmədən Sığortalanma" planını alan hər bir şəxsin 12 ay müddəti ərzində maksimum 2 dəfə geri ödəniş iddiası tələb etmək hüququ mövcuddur. Hər iddia üzrə tutulan məbləğ adambaşına 100 ABŞ dolları təşkil edir və hər hadisə üzrə sığortalanan məbləğ1000 ABŞ dolları məbləğindədir.
Qeyri-əlverişli hava şəraiti, mexaniki nasazlıq və ya texniki qəza səbəbindən ilkin gediş və ya dönüş səfərinizdə ilk bronlaşdırdığınız aviareysin ləğv olunması və ya 3 saatdan artıq yubanması nəticəsində tranzit aviareysini qaçırdığınız təqdirdə, ilk bronlaşdırdığınız yekun təyinat nöqtəsinə çatmaq üçün tranzit aviareysinə qoşulana qədər məruz qalınan əlavə daşınma xərcləri və ya aviabiletin dəyişdirilmə haqqı və/və ya yaşayış kirayəsi xərcləri;
Şərtlər:
1. SİZ,hava yolları tərəfindən təmin olunmuş marşruta uyğun qeydiyyatdan keçməli və Tur Operatorundan və ya Daşıyıcı şirkətdən yubanma və ya ləğvi təsdiqləyən sənəd almalısız.
2. SİZ, hər hansı iddianı təsdiqləmək üçün, yazılı şəkildə müstəqil sübut təqdim etməlisiz.
3. SİZ, tranzit aviareysinə çatmaq üçün kifayət qədər vaxtın keçməsini gözləməlisiz.
Aşağıdakı hallar sığortalanmır:
1. Bu sığorta qüvvəyə mindiyi tarixdə məntiqi olaraq əvvəlcədən ehtimal oluna bilən vəziyyətlər.
2. Hər hansı ölkədə Mülki Aviasiya Administrasiyasının və ya oxşar qurumun tövsiyyəsinə əsasən təyyarənin (müvəqqəti və ya ayrı cür) xidmətdən geri götürülməsi.
3. İnsan tərəfindən hər hansı müdaxilə olmadan daşqın, qasırğa, qar çovğunu kimi təbii fəlakətlər ilə müşaiyət olunan Fors-Major halları. Eləcədə hər hansı ölkədəki parlamentin hüquqi və ya qeyri-hüquqi tətilləri, və ya iğtişaşdan yaranan inqilablar, dövlət çevirilişi və ya oxşar hadisələr.
Məhdudiyyət:
hər hadisə üzrə maksimum 1000 ABŞ dollarına qədər
Tutulan məbləğ:
hər hadisə üzrə 100 ABŞ dolları