Kuki Siyasəti

Sky-tours, veb səhifələri vərəqləyərkən istifadəçilərin IP ünvanlarını, istifadəçinin üstünlük verdiyi seçimlərini və ya istifadə olunan cihazın növünü yaddaşda toplaya və ya onların qeydiyyatını apara bilər. Bunun məqsədi Veb saytdakı istifadəçilərin sayına və ya mövcud trafikə dair statistik məlumatı toplamaq, eləcədə daha fərdiləşdirilmiş onlayn təcrübə təmin etmək və ya istifadəçilərə hətta digər cihazlardan sistemə daxil olmağa imkan yaratmaq üçün onların şəxsi məlumatlarını yaddaşda saxlamaqdır. 

Kukilər nədir?

Kukilər kompüterinizin yaddaşında yığılan kiçik fayllardır. Bu fayllarda sizə aid məhdud sayda məlumatlar toplanır, və fayllar sizin maraqlarınıza uyğunlaşdırılmış vebsəhifənin server tərəfindən kompüterinizə, sərt diskinizə, smartfonunuza və ya planşetinizə (bundan sonra birlikdə "Cihaz" adlanacaqlar) çatdırılmasına imkan yaradır. Növbəti dəfə Vebsaytımıza döndükdə, sistem kukiləri oxuyur və tanıyır. Kukilər əsasən Vebsaytımızın işləmə qaydasını idarə etmək və ya təkmilləşdirmək, eləcədə biznes və marketinq məlumatlarını Vebsaytın sahibinə təmin etmək məqsədilə istifadə olunur. 

Kukilərdən Vebsaytımızda istifadə olunması üçün icazə

Vebsaytımızın ana səhifəsində qeyd olunan kukilərdən istifadə barədə bildirişə və bizim Kuki Siyasətimizə uyğun olaraq, siz, istifadəsini deaktiv etmək üçün brauzerinizin ayarlarında dəyişiklər etdiyiniz hallar istisna olmaqla,  Vebsaytımıza daxil olarkən orada təsvir olunan kukilərdən istifadəyə öz razılığınızı verirsiz. Bura, bununla məhdudlaşmadan, növbəti hər hansı addımları tamamlamaq üçün Vebsaytımızın səhifələrini "vərəqləmək" daxildir: Ana səhifədəki kuki barədə bildirişin bağlanması, vebsəhifələri aşağı fırlatmaqla Vebsaytı nəzərdən keçirmək, Vebsaytın hər hansı elementinin üzərinə klikləmək və s.

Vebsaytımızda istifadə olunan kukilərin növü

Şəxsi və ya hüququ çatan üçüncü şəxsə məxsus olmasından asılı olmayaraq, bu Vebsaytda aşağıdakı kukilərdən istifadə oluna bilər:

  • Texniki kukilər: Bu kukilər Vebsaytın effektiv işləməsi üçün zəruridir. Bu cür kukilər yaddaşda saxlanır və yalnız müvəqqəti olaraq etibarlı olurlar. Bu kukilər hər hansı məlumatı daimi olaraq kompüterinizin yaddaşında saxlamırlar. Onlar məlumat trafikinə və ünsiyyətə nəzarət etmək, sistemə daxil olmaq və ya alış-veriş etmək, və digər bu kimi əməliyyatlar üçün zəruridirlər
  • Fərdiləşdirici kukilər: Brauzer kukilərinin əsas məqsədi maraqlarınıza aidiyyatı olmayan tövsiyyələrin sizə təklif olunmasına yol verməmək və, əvvəl seçdiyiniz dil və ya əvvəlki axtarışlarınız kimi, seçilmiş və fərdiləşdirilmiş ticari təklifləri sizə təklif etməkdir. 

Bu cür kukilərin faydalılığı internet brauzerinin müvəqətti monitorinqinə əsaslanır. Vebsaytın digər səhifələrini vərəqləməzdən əvvəl İstifadəçinin bu cür kukiləri yaddaşdan silmək seçimi mövcuddur. 

  • Statistik məqsədlər və trafikin ölçülməsi üçün analitik kukilər: Statistik kukilər Vebsaytın istifadəçilərinin vebsaytdan təkrar istifadə səviyyəsini və saytdakı ən məşhur kontentləri müəyyən etməyə bizə imkan verir. Bununla da biz səylərimizi istifadəçilərin ən çox maraqlandığı sahələrin təkmilləşdirilməsinə yönəldə və İstifadəçinin axtardığını daha asanlıqla tapmasına kömək edə bilirik.

Anonim məlumatlar üzrə qiymətləndirmələr və statistik hesablamalar aparmaq, eləcədə xidmətin davamlılığını təmin etmək və ya Vebsayta yeniliklər etmək məqsədilə, Sky-tours, vebsayt ziyarətiniz barədə məlumatlardan istifadə edə bilər.  Bu məlumatlar hər hansı digər məqsədlər üçün istifadə olunmayacaq. Sky-tours üçüncü tərəfin analitik kukilərindən istifadə edə bilər. 

  • Reklam kukiləri: Bu kukilər Vebsaytımızda və ya digər veb səhifələrdə gördüyünüz reklamların daha çox fərdiləşdirilməsinə və, misal üçün əvvəlki axtarışlarınız və digər brauzinq vərdişləriniz əsasında, sizin seçimlərinizə daha çox uyğunlaşdırılmasına imkan verir. Sky-tours üçüncü tərəfin reklam kukilərindən istifadə edə bilər.  
  • Hədəfli media kukiləri:  Bu kukilər Vebsaytımızı digəriləri ilə bölüşməyə və Facebook, Twitter, Google+, YouTube və s. sosial şəbəkələrdə sizə "Layk" qoymaq imkanı verir. Bu kukilər eləcədə sizə hər fərqli sistemin kontentləri ilə qarşılıqlı əlaqədə olmağa imakn verir. Bu kukilərdən və toplanmış məlumatlardan istifadə qaydaları hər sosial şəbəkənin məxfilik siyasəti ilə tənzimlənir. 
  • Pikselli taqlar: Bu texnologiya bizə həm internetdə həm də e-poçt sistemində istifadəçinin davranış xarakterini müəyyən etməyə imkan verir. 

Siz istədiyiniz vaxtda brauzeriniz vasitəsilə bütün Sky-tours kukilərinə baxa bilərsiz. 

Kukilərin idarəolunması 

Cihazınızda kukilər aktiv olmadığı təqdirdə, Vebsaytdakı onlayn təcrübənizin məhdudlaşa biləcəyini və bununla da səhifələrə baxışınızın və xidmətlərimizdən istifadənizin çətinləşəcəyini nəzərə almalısız. 

Sizin eləcədə, aşağıda göstərildiyi qaydada brauzerinizi konfiqurasiya etməklə, Sky-tours şirkətinin kukilərdən istifadə etməsinə verdiyiniz razılığınızı ləğv etmək seçiminiz mövcuddur.

"Microsoft İnternet Explorer" brauzeri üçün - "Alətlər" bolməsinə daxil olun, "Internet Options" (Internet Seçimləri) və sonra "Privacy" (Məxfilik) seçin. 

- "Firefox" brauzerində, Mac istifadəçiləri üçün, "Preferences" (Seçilmişlər) bölməsinə daxil olun və sonra "Show Cookies" (Kukiləri Göstər) seçin. "Windows" istifadəçiləri üçün, "Alətlər" bölümünə daxil olun, "Seçimlər" və sonra "Privacy" (Məxfilik) və son olaraq "Use custom settings for history" (Tarixçə üçün istifadəçi ayarlarından istifadə et) seçin. 

- "Safari" brauzerində "Preferences" (Seçilmişlər) bölməsinə daxil olun və sonra "Privacy" (Məxfilik) seçin.

- "Google Chrome" brauzerində, "Tools" (Alətlər) bölməsinə daxil olun və "Options" (Seçimlər) seçin (Mac istifadəçiləri isə "Preferences" seçməlidir), sonra "Advanced" (Əlavə) və son olaraq  "Privacy" bölməsində "Content Settings" (Kontent Ayarları) seçin və "Content Settings" dialoq qutusunda "Cookies" (Kukilər) üzərinə klikləyin.