Məxfilik Siyasəti 

Bu məxfilik siyasətində, saytdan istifadə edərkən Big Sky Grup S.A.  d/b/a/  Sky-tours şirkətinə təmin etdiyiniz hər hansı məlumatların bizim tərəfdən hansı qaydada istifadə edildiyi və qorunduğu təsvir olunur. 

Sky-tours.com məxfiliyinzin yüksək səviyyədə qorunmasının təmin olunması üzrə öhdəlik daşıyır. Bu saytdan istifadə edərkən şəxsiyyətinizi müəyyənləşdirən müəyyən məlumatları təmin etməyi sizdən xahiş edəriksə, bu məlumatlardan yalnız hazırkı məxfilik siyasətinə uyğun olaraq istifadə olunacağından sizi əmin etmək istərdik. 

Sky-tours bu səhifəni yeniləməklə hazırkı siyasətə dəyişiklər edə bilər. Sizin narahatçılığınıza səbəb ola biləcək hər hansı dəyişiklərin baş vermədiyindən əmin olmaq üçün bu səhifəni vaxtaşırı olaraq ziyarət etməniz tövsiyyə olunur. 

Bu siyasət 25 May, 2018-ci il tarixindən etibarən qüvvəyə minəcək.

Biz hansı məlumatları toplayırıq?

Biz aşağıdakı məlumatları toplaya bilərik:

  • Başlıq, ad, soyad, ünvan, şəhər, ölkə
  • Telefon nömrəsi, e-poçt ünvanı.
  • Doğum tarixi, Milliyyət, Şəxsiyyət Vəsiqəsi və ya Passport kimi aviareys bronlaşdırması və ya aviabilet alışı üçün lazım olan digər məlumatlar.

Biz topladığımız məlumatlarla nə edirik?

Biz hava yollarından və/və ya xidmət təminatçısından yalnız bronlaşdırma/sifariş etmək üçün lazım olan məlumatları sizdən tələb edirik, və biz telefon və ya e-poçt vasitəsilə sizinlə əlaqə saxlaya bilərik. 

Təhlükəsizlik

Məlumatlarınızın təhlükəsizliyinin təmin edilməsi üzrə öhdəlik daşıyırıq. Şəxsi məlumatlara icazəsiz çıxışın və ya onların qeyri-qanuni olaraq açıqlanmasının qarşısını almaq məqsədilə, biz, onlayn şəraitdə topladığımız məlumatların qorunması və təhlükəsiz saxlanması üçün müvafiq fiziki, elektron və idarəedici prosedurlar hazırlamışıq. 

Biz kukilərdən necə istifadə edirik?

Kuki kompüterinizin sərt diskində yerləşdirilmək üçün sistemin icazəsini istəyən kiçik fayldır. Razılığınızı verdikdən dərhal sonra fayl əlavə edilir, və kuki veb trafikləri təhlil etmək üçün sistemə kömək edir və ya müəyyən sayta daxil olduqda sizə xəbər verir. Kukilər, veb tətbiqlərə müraciətlərinizi fərdi şəxs kimi cavablandırmağa imkan verir. Veb tətbiqlər, üstünlük verdiyiniz seçimləriniz barədə məlumatları toplamaqla və onları yaddaşda saxlamaqla, öz əməliyyatlarını sizin ehtiyaclarınıza, maraqlarınıza və qeyri-maraqlarınıza uyğunlaşdıra bilir.

Biz, hansı səhifələrin istifadə olunduğunu müəyyənləşdirmək üçün veb-trafik kukilərindən istifadə edirik. Bu, vebsəhifə barədə məlumatları təhlil etməyə və müştərinin ehtiyaclarına uyğunlaşdırmaq üçün vebsaytımızı təkmilləşdirməyə bizə kömək edir. Biz bu məlumatlardan yalnız statistik təhlillərin aparılması məqsədləri ilə istifadə edirik, və sonra məlumatlar sistemin yaddaşından silinir. 

Kukilər, ümumilikdə, faydalı və faydasız hesab etdiyiniz vebsəhifələrə nəzarət etməyə bizə imkan verməklə, sizə daha keyfiyyətli vebsəhifə təmin etməkdə bizə kömək edir. Kukilər bizə heç bir halda kompüterinizin sisteminə və ya bizimlə bölüşdüyünüz məlumatlardan başqa sizə aid hər hansı məlumatlara çıxış təmin etmir.

Siz kukiləri qəbul edə və ya onlardan imtina edə bilərsiz. Əksər veb brauzerlər kukiləri avtomatik olaraq qəbul edirlər, lakin, lazım olarsa, kukilərdən imtina etmək üçün siz əksər hallarda brauzerinizin ayarlarını dəyişə bilərsiz. Bu, vebsaytın bütün özəlliklərindən istifadə etməkdə sizə maneələr törədə bilər. 

Kukilərə dair hər hansı əlavə məlumat üçün lütfən bizim Kukilər Siyasətinə nəzər yetirin. 

Digər vebsəhifələrə keçid linkləri

Bizim vebsaytda maraq dairənizdə olan digər vebsaytlara keçid linkləri ola bilər. Və siz bu linklərdən istifadə edib saytımızı tərk etdikdə, bizim həmin digər saytlar üzərində heç bir nəzarətimizin olmadığını nəzərə almalısız. Biz bu səbəbdən, bu cür saytlarda olarkən təmin etdiyiniz hər hansı məlumatın məxfiliyinin qorunmasına görə cavabdehlik daşımırıq, və bu cür saytlar hazırkı məxfilik siyasəti ilə tənzimlənmirlər. Siz ehtiyyatla davranmalı və sözügedən vebsaytın məxfilik bəyannaməsinə nəzər yetirməlisiz. 

Şəxsi məlumatlarınıza nəzarət edilməsi 

 Siz şəxsi məlumatlarınızın toplanmasını və ya istifadəsini aşağıdakı yollarla məhdudlaşdıra bilərsiz:

  • Nə vaxtsa sizdən vebsaytda hər hansı ərizəni doldurmağı xahiş etdikdə, bronlaşdırmanıza/sifarişinizə davam etmək üçün hansı bölmələrin doldurulmasının məcburi və lazımi olduğunu sizə göstəririk. Digər bölmələr üçün məlumatların təqdim olunması könüllüdür və bu bölmələr buraxıla bilərlər. 
  • Biz sizin məlumatları təhlükəsiz və kodla şifrələnmiş məlumat bazasında saxlayırıq, və sizə daha yaxşı xidmət göstərmək üçün şəxsi məlumatlarınızdan marketinq məqsədləri üçün istifadə edə biləcəyimiz barədə razılığınızı almadığımız təqdirdə, artıq lazım olmayan məlumatları sistemin yaddaşından silirik. 
  • Şəxsi məlumatlarınızdan birbaşa marketinq məqsədləri üçün istifadə etməyimizə əvvələr razılıq vermişsizsə, customersupport@sky-tours.com elektron ünvanına məktub göndərməklə istədiyiniz vaxt bu razılığı ləğv edə bilərsiz. 

Biz, qanunla tələb olunmayana qədər, sizin şəxsi məlumatları üçüncü tərəfə satmayacaq, paylamayacaq və ya icarəyə verməyəcəyik. İstəyinizi bizə bildirdiyiniz təqdirdə, üçüncü tərəflər barədə sizə maraqlı ola biləcəyini düşündüyümüz reklam xarakterli məlumatları sizə göndərmək üçün sizin şəxsi məlumatlarınızdan istifadə edə bilərik.  

Siz, 1998-ci ilin Şəxsi Məlumatların Qorunması haqqında Qanuna əsasən, sizə aid saxladığımız şəxsi məlumatların detallarının açıqlanması barədə bizə müraciət edə bilərsiz. Bunun üçün kiçik xidmət haqqı (15 Avro) ödənilməlidir. Sizə aid saxlanılan şəxsi məlumatların surətini almaq istəsəz, lütfən bu barədə customersupport@sky-tours.com elektron ünvanına yazın.

Sizə aid bizdə saxlanılan hər hansı məlumatın yalnış və ya natamam olduğunu düşünürsüzsə, lütfən ən tez zamanda yuxarıda qeyd olunan ünvana ünvanlamaqla bizə bu barədə yazın və ya elektron məktub göndərin. Biz məlumatlarda aşkar edilən hər hansı səhvi dərhal düzəldəcəyik.

Last update: May 2018