NORMA VƏ QAYDALAR

LƏĞVETMƏ

 

Aviabiletin qiymətindən asılı olaraq, hava yolları hər hansı ləğvetməyə icazə verməyə bilər. Ən ucuz qiymətli aviabiletlər adətən aviabiletin dəyişdirilməsinə icazə vermir və bronun ləğvetmə haqqı aviabiletin məbləğinin 100 faizini təşkil edir. Bundan əlavə, bronlaşdırma üçün Sky-tours şirkətinə ödənilən xidmət haqqıları heç bir halda geri ödənilmir. Geri ödəniş üçün müraciət edə bilərsiz, və aviabiletin tarifinə əsasən geri ödənişin edilməsinə icazə verilərsə, geri ödənişin edilməsi üçün hava yolları tərəfindən tutulan hər hansı digər haqqılara əlavə olaraq hər aviabilet üzrə Sky-tours tərəfindən 55ABŞD/50AVR məbləğində geri-ödəniş rəsmiləşdirmə haqqı tutulacaq. Ləğvetmə üçün müraciət etmək istədikdə, lütfən bu linkdən texniki dəstəyə müraciət edin  http://www.sky-tours.com/support/ və ya support@sky-tours.com elektron ünvanına yazın.

DƏYİŞDİRİLMƏ

 

Aviabiletin dəyişdirilməsi üçün bir qayda olaraq hava yollarına dəyişdirilmə haqqı ödənilir. Bu xidmət haqqına əlavə olaraq, Sky-tours şirkətinə də adambaşına 55ABŞD/50AVR məbləğində dəyişdirilmə haqqı ödənilməlidir. Bununla belə, xatirlatmaq istərdik ki, aviabiletin tarifindən asılı olaraq hava yolları hər hansı dəyişikliyə icazə verməyə bilər. Ləğvetmə üçün müraciət etmək istədikdə lütfən bu linkdən texniki dəstəyə müraciət edin və ya support@sky-tours.com elektron ünvanına yazın.

SƏYAHƏT SƏNƏDLƏRİ 

 

Aviareyslərdən istifadə etmək üçün tələb olunan rəsmi sənədləri təqdim etməlisiz (passport, şəxsiyyət vəsiqəsi, viza və s.).  Bəzi ölkələr Passportunuza əlavə olaraq eləcədə vizanın olmasını tələb edirlər. 

Müvafiq inzibati orqanlar xarici ölkədə problemsiz qalmağınız üçün bilməli olduğunuz xüsusi prosedur qaydaları barədə sizi məlumatlandıracaqlar (passport, viza, peyvəndlər). Bu xüsusi prosedur qaydalarının tələblərinə uyğunluğu təmin etmək üçün siz cavabdehlik daşıyırsız. Tələb olunan sənədləri (passport, viza, peyvənd haqqında tibbi şəhadətnamə) təqdim edə bilməməyiniz səbəbindən sizə təyyarəyə minməyə icazə verilməzsə, geri ödəniş üçün müraciət edə bilmərsiz. Səyahət üçün lazımi sənədlərin mövcudluğuna görə sərnişin cavabdehlik daşıyır. 

ELEKTRON AVİABİLETLƏR

 

Elektron aviabilet və ya e-aviabilet birbaşa olaraq hava yollarının kompüter sistemində qeyd olunur. Bronlaşdırma etdikdən sonra sizə çap edilmiş aviabiletinizin göndərilməməsinə baxmayaraq, istədiyiniz təqdirdə onu çap edə bilməyiniz üçün elektron aviabiletinizin linki sizə göndərilir.  Sadəcə olaraq tələb olunan rəsmi sənəd (passport və ya şəxsiyyət vəsiqəsi) eləcədə bronlaşdırma nömrəsi üstünüzdə olmaqla hava limanına getməli və minmə talonunuzu almaq üçün qeydiyyat masasına yaxınlaşmalısız. 

VAXT CƏDVƏLİNƏ DƏYİŞİKLƏR

 

Bütün hava yolları vaxtaşırı olaraq öz aviareyslərinin vaxt cədvəllərinə dəyişiklər edirlər. Üçuşa qalan son 72 saat ərzində aviareysin vaxtlarını yoxlamaq və bronlaşdırmanın detallarını yenidən təsdiqləmək üçün yalnız şərnişin özü cavabdehllik daşıyır. Siz, istədiyiniz vaxt, elektron təsdiqləmə məktubunda qeyd olunan linkdən və ya vebsaytımızdan istifadə etməklə bronlaşdırmanızın statusunu yoxlaya bilərsiz. Bunun üçün sizə bronlaşdırma nömrəniz və bronlaşdırma zamanı qeyd etdiyiniz soyadınız lazım olacaq. Aviareyslərinizin vaxt cədvəlinə hər hansı dəyişiklər edilərsə, sizdən yardım üçün 24/365 gün fəaliyyət göstərən dəstək xidmətimiz ilə əlaqə saxlamaq xahis olunacaq. Sky-tours, hava yolları tərəfindən vaxt cədvəlinə edilən dəyişiklər səbəbindən qaçırılan hər hansı aviareyslərə görə məsuliyyət daşımır. 

BRONLAŞDIRMA ÜÇÜN İSTİFADƏ OLUNAN ADLAR

 

Bütün bronlaşdırmalar səyahət edən şəxs(lər)in adına edilməlidir - təxəllüslərdən istifadə oluna bilməz. Beynəlxalq səyahətlər üçün, bronlaşdırma zamanı qeyd olunan adın səyahətçinin passportunda qeyd olunan adla tam DƏQİQLİKLƏ eyni olması məcburidir. Sonradan adı dəyişmək mümkün deyil: belə olan təqdirdə aviabileti ləğv edib, yenisi ilə əvəzləməli olacağıq. Bu prosedurla orijinal aviabilet üçün ödənilmiş ümumi məbləğ itirilə bilər, ən yaxşı halda isə hava yollarının ləğvetmə və rəsmiləşdirmə haqqılarını və Sky-tours xidmət haqqını ödəməli olacaqsız. İlk aviareysin yoladüşmə tarixindən sonra, istifadə olunmamış aviabiletlər öz etibarlılığını itirirlər.

OTURACAQ YERLƏRİNİN AYRILMASI və QİDALANMA

 

Müvafiq oturacaq yerlərinin ayrılması və xüsusi qidalanma barədə müraciətlər hava yollarının diqqətinə çatdırlacaq, lakin bu müraciətlərin təmin ediləcəyinə zəmanət verilmir. Birlikdə səyahət edən bütün şərnişinlər üçün oturacaq yerləri, müraciət olunarkən mövcud olan ən yaxın oturacaq yerləri əsasında, birinci sərnişinin qonsuluğunda avtomatik olaraq seçiləcək.  

SƏYAHƏT İSTİQAMƏTLƏRİ

 

Beynəlxalq istiqamətlərdə səyahətlər daxil olmaqla əksər səyahətlərin insidentsiz tamamlanmasına baxmayaraq, müəyyən istiqamətlərdə səyahət digər istiqamətlərə nisbətən daha riskli ola bilər. Sky-tours, beynəlxalq istiqamətlərdə səyahət bronlaşdırmazdan əvvəl, sərnişinlərin ABŞ höküməti tərəfindən dərc olunmuş səyahət haqqında qadağaları, xəbərdarlıqları, elanları və məsləhətləri nəzərdən keçirmələrini israrla tövsiyyə edir.  Müxtəlif ölkələrdə mövcud olan vəziyyətlər və xüsusi beynəlxalq istiqamətlərdə səyahət ilə bağlı risk səviyyəsi barədə məlumatları aşağıdakı linklərdən əldə edə bilərsiz:

www.state.gov, www.tsa.gov, www.dot.gov, www.faa.gov, www.cdc.gov,www.treas.gov/ofac and www.customs.gov. 

Sky-tours bəzi xüsusi beynəlxalq istiqamətlərdə səyahət təklif edərkən, bü cür ərazilərə səyahətin məsləhətli və ya risksiz olmasını bəyan etmir və ya buna zəmanət vermir, və Sky-tour məruz qalına biləcək hər hansı zərər və ya itkilərə görə heç bir öhdəlik daşımır. 

ÖDƏNİŞLƏR

 

Sky-tours, Visa, Mastercard və əksər olkələrdə American Express kredit kartları ilə ödənişləri dəstəkləyir, və əksər ölkələrdən Bitcoin və ya Bank hesabınız vasitəsilə ödənişlər etmək seçiminiz mövcuddur. Aviabiletlərin məbləği həmişə Avro və ya ABŞ dolları ilə ödənilir və sonra müştəriyə vebsaytda seçmiş olduğu valyutada hesablanır. Sky-tours müştərinin bankından tutulan hər hansı konvertasiya haqqılarına/ödənişlərinə nəzarət etmir.