VEBSAYTDAN (“Sayt”) İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL LÜTFƏN BU
İSTİFADƏ QAYDALARINI (“QAYDALAR") DİQQƏTLƏ OXUYUN
SAYT
Bu vebsayt, 13379 llibre S-187 Foli 391-400 qeydiyyat nömrəsi ilə Andorra Knyazlığında qeydiyyatdan keçmiş və Avinguda Sant Antoni 78 -19, La Massana hüquqi ünvanında yerləşən Big Sky Grup S.A, d/b/a/ Skytours şirkətinin mülkiyyəti hesab edilir və onun tərəfindən idarə olunur. Skytours akkreditə olunmuş Turizm şirkətidir və IATA (Beynəlxalq Hava Nəqliyyatı Assosasiyası) assosasiyasına üzvdur. Skytours eləcədə ASTA (Amerikanın Səyahət Subyektlərinin Cəmiyyəti), DRV (Deutscher Reiseburo Verband) və SRF (Svenska Resebyraforeningen) assosasiyalarına üzv şirkətdir.
Saytdan istifadə etməklə, siz buradakı Şərt və Müddəalara öz razılığınızı bildirirsiz.
Bizim, şəxsi qərarımıza əsasən, bu Qaydaların istənilən vaxt hər hansı və ya bütün hissələrinə dəyişiklər, düzəlişlər, əlavələr və ya ləğvlər etmək hüququmuz mövcuddur. Bu Qaydalarda baş verən dəyişiklərdən xəbərdar olmaq üçün vaxtaşırı olaraq bu Qaydaları nəzərdən keçirin. Bu Qaydalara (Məxfilik və Kuku Siyasətimiz daxil olmaqla) dəyişiklər dərc olunduqdan sonra bu Saytdan istifadə etməyə davam etməniz, baş vermiş bu dəyişiklərə sizin hüquqi razılığınızı bildirir.
Biz, Saytda təsvir olunan və ya Saytın vasitəsilə təklif olunan məhsullar, proqramlar, və/və ya xidmətlər daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan, Saytdakı hər hansı və ya bütün kontentləri bildirişsiz və öhdəliksiz dəyişə bilərik.
Şəkillər, təsvirlər, mətn, audio çarxlar və video çarxlar daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan Saytdakı bütün materiallar və kontentlər müəllif hüquqları, ticarət nişanları, xidmət nişanları və/və ya digər əqli mülkiyyət hüquqları (hamısı birlikdə "Əqli Mülkiyyət") ilə qorunur və ya bu hüquqlardan ibarətdir. Əqli Mülkiyyət Avropa / Amerika və ümumdünya müəllif hüquqları, ticarət nişanı və/və ya digər əqli mülkiyyət qanunları və saziş müddəaları, məxfilik və təbliğatın aparılması haqqında qanunlar və ünsiyyətlərin aparılması üzrə qayda və nizamnamələr ilə tənzimlənir və qorunur. Əqli Mülkiyyət bizə və ya öz Əqli Mülkiyyətindən istifadə etmək və yaxud məhsul və/və ya xidmətlərini satmaq hüququnu lisenziya əsasında bizə vermiş digər şəxslərə (hamısı birlikdə "Təminatçılar") məxsusdur və ya bizim və ya bu cür şəxslər tərəfindən idarə olunur.
Əqli Mülkiyyət yalnız sizin şəxsi, qeyri-kommersiya məqsədləriniz üçün istifadə olunması məqsədilə təmin edilir. Saytdakı hər hansı material və ya kontentdə əks olunan bütün müəllif hüquqları üzrə bildirişlərə, məlumatlara və ya məhdudiyyətlərə əməl edəcəyinizə bununla razılığınızı bildirirsiz. Hər hansı Əqli Mülkiyyəti yalnız şəxsi və ya qeyri-kommersiya məqsədləriniz üçün istifadə olunması məqsədilə bu Qaydalara uyğun olaraq yükləyə bilərsiz, bu şərtlə ki, bu cür Əqli Mülkiyyətlərdə əks olunan bütün müəllif hüquqlarına və digər bildirişlərə tərəfinizdən əməl edilsin. Əvvəlcədən bizim və ya Təminatçıların yazılı razılığı olmadan, siz hər hansı Əqli Mülkiyyətin hər hansı yolla (e-poçt və ya digər elektron vasitələr daxil olmaqla) surətini çıxara, sayını çoxalda, yenidən nəşr edə, internetə yükləyə, internetdə dərc edə, digərinə ötürə, paylaya və/və ya istismar edə bilmərsiz. Hər hansı digər məqsədlər üçün hər hansı Əqli Mülkiyyətə düzəlişlər edilməsi və ya hər hansı Əqli Mülkiyyətin istifadəsi müəllif hüquqlarının, ticarət nişanları üzrə hüquqların və digər mülkiyyət hüquqlarının pozulması hesab edilir. Hər hansı Əqli Mülkiyyətin hər hansı digər saytda və ya kompüter şəbəkəsi mühitində istifadəsi, və ya Sayta keçid üçün qeyri-qanuni linklərin saxlanması bu Qaydalara əsasən qadağandır.
Saytda istifadə olunan bütün proqram təminatları, tətbiqlər və modullar (birlikdə "proqram təminatı") bizə məxsusdur və ya digər tərəflər ("Proqram Təminatı Təminatçıları Təminatçılar ilə birlikdə "Təminatçılar" adlanacaq) tərəfindən lisenziya əsasında bizə verilmişdir. Siz Saytdakı hər hansı proqram təminatının sayını çoxalda, üzərində əks mühəndislik işləri apara, törəmələrini yarada, hissələrə ayıra və ya sökə, sata, lizinqə verə, paylaya, icarəyə verə, digərinə həvalə edə, digərinə ötürə və ya bu cür proqram təminatına düzəlişlər edə bilmərsiz.
Avropa /Amerika qanunlarında məhsulların və məlumatların ixacatına nəzarət edilir. Siz bu cür məhdudiyyətlərə və Avropa /Amerikanın ixracata nəzarət qanunlarına əsasən qadağan olunmuş ölkələrə və ya şəxslərə Əqli Mülkiyyət ixrac etməməyə və ya yenidən ixrac etməməyə bununla razılığınızı bildirirsiz. Əqli Müilkiyyətin hər hansı hissəsindən istifadə etməklə, hər hansı hissəsinin sürətini çıxatrmaqla və ya hər hansı hissəsini yükləməklə, siz bəyan edirsiz ki, bu cür ixracat üçün qadağan olunmuş ölkədə və ABŞ Dövlət Ticarət Departamentinin İmtina Sərəncamları Siyahısında və ya ABŞ-ın Xəzinədarlıq Departamentinin Xüsusilə Təhlükəli Təyin Olunmuş Vətəndaşların Siyahısında deyilsiz; və siz, oxşar vəziyyətdə olan hər hansı şəxslərə Əqli Mülkiyyətə çıxış hüququ təmin etmirsiz.
Orqanik Qanunların tətbiqi qaydalarını təqdir etməklə, Sky-tours şəxsi xarakterli məlumatların qorunması məsələlərində Andorra qanunvericiliyinin və qüvvədə olan digər qanunvericiliklərin qaydalarının tələblərinə hər zaman əməl edir (18 Dekabr tarixli, 15/2003 nömrəli Andorra Hökümətinin Şərti Qanunu və 9 İyun 2010 tarixli Andorranın Şəxsi Məlumatların Qorunması üzrə Agentliyin Qaydaları), və istifadəçilərin şəxsi məlumatlarının düzgün qaydada istifadəsini və işlənməsini təmin etməyə çalışır. Bunları təmin etmək üçün, istifadəçilər, Skytours şirkətinə xidmətlər üçün müraciət edərkən hər bir ərizədə toplanılan şəxsi məlumatların mövcudluğundan və hər müraciət üzrə şəxsi məlumatlarının işlənməsi üçün onların xüsusi şərtləri qəbul etdiklərindən xəbərdar edilirlər. Eynilə, Skytours bununla aşağıdakı Andorra qanunlarına uyğunluğunu bəyan edir: 13 İyun tarixli 12/2013 nömrəli, ticarət haqqında qanun; 13 İyun tarixli 13/2013 nömrəli, effektiv rəqabət və istehlakçıların hüquqlarının qorunması haqqında qanun; və 16 Oktyabr tarixli 20/2014 nömrəli, ticarət-sənaye fəaliyyətləri rəqəmsal mühitdə icra olunan elektron təchizat və xidmət operatorlarının tənzimlənməsi haqqında qanun. Skytours elektron poçt ünvanlarından kommersiya məqsədləri üçün istifadə etmək məqsədilə hər zaman istifadəçilərin razılığını alacaq.
Yuxararıda qeyd olunanlara əlavə olaraq, Sky-tours eləcədə Avropa Birliyinin Şəxsi Məlumatların Qorunması üzrə Ümumi Qaydalarına (GDPR) əməl edir.
Elektron poçt, ərizələr, qısa mətnlər, ideyalar və/və ya təkliflər formasında olmasından asılı olmayaraq, ikimizin arasında aparılan ünsiyyətin bir hissəsi kimi bizə göndərdiyiniz kontentlər yalnız bizim mülkiyyətimizə çevrilir və öz riskiniz hesabına bizə ötürülür. Siz bununla bəyan edir və zəmanət verirsiz ki, sizin yuxarıda qeyd olunanları bizə təqdim etmək hüququnuz mövcuddur. Biz müştəri xidmətləri ilə əlaqədar sualları Məxfilik Siyasətimizə uyğun olaraq cavablandıracağıq.
Tərkibində hər hansı virus, soxulcan, "troya atı", vaxtlı bomba və ya oxşar yoluxdurucu və ya ziyanverici xüsusiyyətləri olan hər hansı materialı Sayta yükləməyiniz qəti şəkildə qadağandır. Qaydaları pozanlar qanunun bütün sərtlikləri ilə cəzalandırıla bilərlər.
Biz sizdən ödənişi seçdiyiniz valyutada alırıq. Biz 59 müxətlif valyutada ödənişləri dəstəkləyirik. İstədiyniz valyuta siyahıda olmazsa, ödəniş Avro (EUR) ilə alınacaq.
Bəzi vəziyyətlərdə, ödəniş kartları ilə beynəlxalq əməliyyat aparan müştərilərdən kredit kartlarının yerli istehsalçısı tərəfindən qoyulmuş əlavə ödəniş haqqıları tutula bilər. Kredit kartı üzrə tutulan bu cür ödənişlər ilə bağlı hər hansı sorğular kredit kartının istehsalçısına yönləndirilməlidir.
İlk yoladüşmə vaxtından 24 saat əvvəl, aviareyslərinin vaxt cədvəllərini bir daha yoxlamalarını bütün müştərilərimizə tövsiyyə edirik. Təhlükəsizlik səbəblərindən, hava yolları aviareysin vaxt cədvəlini dəyişə və ya ləğv edə bilər, sky-tours.com aviareys üzrə əməliyyatlara nəzarət etmir və hava yollarının hərəkəti nəticəsində məruz qalınan hər hansı zərərə görə məsuliyyət daşımır.
Dəyişiklik 90 dəqiqəyə qədər olduqda bəzi hava yolları geri-ödənişlər etmir, vaxt cədvəlinə 90 dəqiqədən artıq edilən dəyişiklərin sərnişin tərəfindən qəbul olunması sərnişinin seçiminə bağlıdır, və sərnişin bu dəyişiklikdən imtina etməklə vaxtı dəyişdirilmiş aviareys(lər) üzrə xərclərin geri ödənilməsini tələb edə bilər.
Səyahət marşrutunuza birdən artıq hava yolları daxil olduğu təqdirdə, müxtəlif hava yolları, hətta bütün səyahət birgə bronlaşdırılarsa və ya tranzit aviareysinə birbaşa təsir edərsə belə, digər aviadaşıyıcı tərəfin tətbiq etdiyi ləğvetmə/dəyişikliyə görə məsuliyyət daşımaya bilərlər; bu zaman təsirə məruz qalmayan aviadaşıyıcının ümumi tarif qaydaları tətbiq olunacaq.
Sky-tours.com, sizin adınızdan bronlaşdırmanı edən şirkət kimi, hava yollarının qaydalarına əməl edəcək və bu vəziyyətdə digər aviadaşıyıcının tətbiq etdiyi xərclərə görə məsuliyyət daşımayacaq.
Aviareys axtarışınıza aşağı büdcəli hava yolları daxil olduğu təqdirdə, biz aşağı büdcəli hava yollarının məlumat bazasında axtarışını edəcək, və əgər almağa qərar verərsinizsə, biz sizin adınızdan birbaşa olaraq hava yollarından bronlaşdırmanızı edəcəyik. Müqaviləniz sizin və müvafiq hava yollarının arasında bağlanacaq, və eləcədə onların şərt və müddəaları tətbiq olunacaq. Ümumiyyətlə, aşağı büdcəli hava yollarından alınan aviabiletlərin xərci qəti olaraq geri ödənilmir və aivabiletlə əlaqədar heç bir dəyişiklik etmək mümkün olmur. Bununla belə, bəzi hava yolları müştərilərinə qarşı daha yumşaq ləğvetmə və geri ödəniş siyasəti tətbiq edirlər.
Aviareysinizi ləğv etmək və ya ona dəyişiklər etmək sizə lazım olarsa, lütfən birbaşa olaraq hava yolları ilə əlaqə saxlayın, çünki, biz yalnız təfliklər üzrə müqayisə, bronlaşdırma və ödənişlərin həyata keçirilməsi xidmətlərini göstəririk.
Bizim Qaydalara əlavə olaraq, hər hava yollarının Şərt və Müddəaları marşrutunuzun onlara aid hər hissəsinə tətbiq olunur.
Aşağı büdcəli hava yolları qeydiyyatlı baqaj, hava limanında qeydiyyat, xüsusi oturacaq yerləri, aviareys ərzində əyləncə (mövcud olarsa), qidalanma, içki və qəlyanaltılar və s. üçün sizdən əlavə ödənişlər tələb edə bilərlər. Ayrı cür aydın şəkildə qeyd olunmayana qədər, bu əlavə xidmətlər üçün hər hansı ödənişlər aviabiletinizin qiymətinə daxil edilmir. Bü cür ödənişlər barədə tam məlumat bronlaşdırmanızı edərkən sizə verilməyə bilər. Bu səbəbdən, sizə hava yollarının vebsaytını ziyarət edib, baqaj normaları və s. barədə məlumatları nəzərdən keçirmək lazımdır. Biz məruz qalınan hər hansı əlavə xərclərə görə məsuliyyət daşımırıq, və hər hansı əlavə xidmətləri sifariş etmək və ya xərcləri müəyyənləşdirmək üçün müvafiq hava yolları ilə əlaqə saxlamağı sizə tövsiyyə edirik.
Təzminat üçün hüquqlarınızın hüquqi qaydada qorunması məqsədilə üçüncü tərəfin sığortalama xidməti ilə qeydiyyatdan keçmişik. Aviareys yubadılarsa və ya ləğv edilərsə, AirHelp xidməti bu barədə sizə bildiriş göndərəcək və hava yol(lar)ından təzminat tələb etmək üçün hüquqi təmsilçiniz olmağı sizə təklif edəcək.
Bu Şərt və Müddəaları qəbul etməklə, hüquqi ünvanı 9B Amtel Building, 148 Des Voeux Road Central, Central, Hong Kong (CB No. 1926223, BR No. 61625023-000) olan, hüquqi şəxs kimi Honq Konq şəhərində qeydiyyatdan keçmiş və Hüquqların Qorunması Xidmətləri ilə əlaqədar öz xidmətlərini sizə təklif etmək üçün sizinlə əlaqə saxlaya biləcək AirHelp Limited şirkətinə öz əlaqə məlumatlarınızı təmin etməyə razılığınızı bildirirsiz.
Bizim Hüquqların Qorunması Xidmətlərimizdən istifadə etmək istəmədiyiniz təqdirdə lütfən bu barədə bizi məlumatlandırın, və biz sizin üçün bu xidmətləri ləğv edəcəyik. Sizə Təzminat iddiası etməyə hüquq verən vəziyyətin baş verməsindən sonra 30 gün ərzində bu xidmətin müddəaları ilə razı olmadığınız barədə bildirişinizi almadığımız təqdirdə, biz, bu xidmətlərimizdən sizin yararlanmaq niyyətində olduğunuzu güman edərək seçilmiş aviadaşıyıcı(lar)ına qarşı təzminat iddiası prosesinə start verəcəyik.
Aviabilet verilməyənə qədər, aviabiletin tarifi ilə əlaqədar zəmanət verilmir. İstifadə olunan ödəniş növünün etibarlılığını təmin etmək üçün təsdiqləmə prosesinə dair müəyyən addımlar atırıq, və saytımızda hər hansı saxtakarlıq fəaliyyətlərinə yol vermirik. Hava yollarının öz avialbiletlərinin qlobal satışına hüquqları mövcuddur və bu, təsdiqləmə proseduru tamamlanana qədər bəzən aviabiletin digərinə satılması ilə nəticələnir.
Buradakı Qaydalar Andorra Knyazlığının qanunlarına və Avropa Birliyinin Normativ Qaydalarına əsasən, hər hansı hüquq normalarının kolliziyasına yol verilmədən, tənzimlənməli və şərh olunmalıdırlar. Siz, bu Qaydalardan və ya onunla əlaqədar ortaya çıxan hər hansı məhkəmə iddiasına və ya hüquq-ədalət iddiasına Andorra hökümətinin məhkəkəmələrində baxılacağına razılığınızı bildirir, və bu cür məhkəmələrin müstəsna şəxsi yurizdiksiyasını qəbul etməklə, hər hansı bu cür iddialara dair məhkəmə prosesinə başlanması üçün onları bu məhkəmələrə təqdim edəcəyinizə bununla öz razılığınızı bildirirsiz.